Əruz vəzninin Azərbaycan klassik poeziyasında geniş istifadə olunan bəhrlərindən biri.
Təfiləsi məfAİlün-dür; onun dörd dəfə təkrarı ilə düzəlir: “Məni candan usandırdı, cəfadan yar usanmazmı” (M.Füzuli). Klassik ədəbiyyatımızda bir çox poemalar həzəc bəhrində yazılıb: “Leyli və Məcnun” (M.Füzuli), “Xosrov və Şirin” (N.Gəncəvi), “Dəhnamə” (Ş.İ.Xətai) və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti