Odunçuluq və mişarçəkmə ilə bağlı oxunan əmək nəğmələri.
Mişar çəkənlərə ərəkeşlər deyirdilər. Ərə iri, iki (hər ucunda biri) dəstəyi olan mişardır. Ərəni iki adam işlədir. Taxta ərəxana deyilən xüsusi yerdə çəkilirdi. Ərəxana iki cür olurdu. Onlardan biri adamboyu qazılmış yerin üzərində qurulur və ərəkeşlərdən biri aşağıda, digəri yuxarıda, taxtanın üstündə dayanırdı. Ərəkeşlərin işi ağır olduğundan onlar yaxşı qidalanmalı idilər. Bu məqama Ə.N.-ndə xüsusi diqqət yetirilir:
Biz ərə çəkənlərik,
Bizə plov gətirin,
İsti çilov gətirin.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti