Hər hansı bir əsərin, kitabın əvvəlində verilən izahedici məqalə; giriş.
Müqəddiməni müəllif özü, onun qələm dostu, kitabın redaktoru və ya müvafiq sahənin mütəxəssisi yaza bilər. Burada müəllif və onun yaradıcılığı barədə məlumat verilir, kitaba münasibət bildirilir, müəllifin məqsədi açıqlanır, nəşrin prinsipləri, materialların seçilməsi meyarları göstərilir. Bəzi hallarda müqəddimə “Müəllifdən”, “Redaktordan”, “Nəşriyyatdan” və s. sərlövhələrlə verilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti