Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

axın

1. Ekranda təsvir obyektinin ta­ma­şaçıya yaxınlaşması effekti yaratmaq üçün istifadə edilən üsul.

Buna kadrdakı ob­yektin tədricən böyüdülərək ön plana çə­kil­məsi yolu ilə nail olunur. 

2. Bir səhnənin nəzərə çarpmadan, tədricən ekrandan yo­xa çıxması və eyni qaydada başqa səhnə ilə əvəz olunması.

A. kadrdan-kadra montaj yolu ilə keçid üsullarından biridir.   

Jurnalistika terminləri lüğəti

axtarış dili

İnformasiyanı və ya sənədi indeksləşdirmək, internet-resurslarda saxlamaq, habelə tapmaq məqsədilə axtarış sisteminə sorğu vermək üçün istifadə olunan dil.

A.D. təbii dilə çox yaxın olan, yaxud onun əsasında yaradılan, işarələr və leksik vahidlərin cəmindən ibarət maşın dilidir.

Jurnalistika terminləri lüğəti

axtarış sistemi

Şəbəkədə informasiya axtarışı üçün nəzərdə tutulmuş texniki va­sitələr və proqram təminatlarının məcmu­su, kompüter sistemi.

A.S.-nin vəzifəsi is­tifadəçinin ona verdiyi açar sözlərə uy­ğun gələn sənədləri internetdə tapıb ek­randa əks etdirməkdir. İnternetin yarandığı ilk illərdə A.S.-ləri əllə idarə olunurdu. Axtarışı həyata keçirmək üçün birinci kompüter proqramı “Arçi” (ing. archive – arxiv) 1990-cı ildə Kanadanın Mak-Gill (McGill) universi­tetinin tələbələri tərəfindən hazır­lanıb.

See also:

Jurnalistika terminləri lüğəti

akkaunt

ing. account  – hesab, qeydiyyat yazısı

Bilgisayar sistemində istifadəçi­ni təsvir edən məlumatlar toplusu, onun şəxsi hesabı.

Resurslarda, şəbəkələrdə qeydiy­yatdan keçən istifadəçi A. yaradır. Onun sadə identifikasiyasına – sistemə giriş ica­zəsi almasına xidmət edən loqin­dən fərqli olaraq A. informativlik ba­xı­mın­dan daha zəngindir, məsələn, isti­­­fadəçinin elektron poçtu haqqında məlumatı da özündə əks etdirir. Bu, eyni elektron ünvandan bir neçə qeydiyyatın aparılmasının qarşısını alır və istifadəçinin daha dəqiq identifikasiyasına imkan ya­radır.

See also:

Jurnalistika terminləri lüğəti

akkreditə qaydaları

Girişinə müəyyən məhdudiyyətlər qoyulmuş tədbirlərdə işti­rak etmək, belə ərazilərə daxil olmaq üçün media nümayəndələrinə verilən ica­zənin şərtləri.

Bu şərtlərdə akkreditədən keç­mək üçün lazım olan sənədlərin siyahısı, mü­raciətlərə baxılma müddəti, onlara im­tina cavabının əsasları və s. öz əksini tapır. A.Q.-nın bəziləri dövlət, digərləri jurnalisti akkreditədən keçirən təşkilatlar tərəfindən müəyyənləşdirilir. Azərbaycan qanunvericiliyi media nümayəndələrindən həmin təş­kilatlar haqqında həqiqətəuyğun olma­yan məlumatlar yaymamağı tələb edir. Eyni zamanda Xarici İşlər Nazirliyi akkre­ditə etdiyi jurnalistlər qarşısında ölkənin ərazi bü­töv­lüyünə və müstəqilliyinə qarşı fəaliyyət göstərməmək şərti qoyur və s.

See also:

Jurnalistika terminləri lüğəti