Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya agentliyi

Operativ xəbərləri toplamaq və yaymaq sahəsində ixtisas­laşan kütləvi informasiya vasitəsi.

İ.A.-nin əsas vəzifəsi qəzetləri, jurnalları, te­leviziya və radio kanallarını, habelə digər isti­fadə­çiləri ən yeni xəbərlərlə təmin et­mək­dir. Belə agentliklər həm açıq (inter­netdə ödə­nişsiz), həm qapalı (yalnız abu­­­­­­­­­­­­­nəçilər üçün), həm də qarışıq (qismən ödənişsiz, qismən abunəçilər üçün) re­jimdə fəaliyyət göstərə bilər. Azər­baycan qanun­veri­ciliyində KİV redaksiyası, naşiri və yayıcısı statusu İ.A.-nə də şamil edilir. Agentliklərin xəbər və materialları digər KİV-də yayı­larkən mütləq mənbəyə istinad edilməlidir.

Jurnalistika terminləri lüğəti