lat. rubrica < ruber – qırmızı
Çap kütləvi informasiya vasitəsi, internet-nəşr və teleradio verilişinin xüsusi adı olan bölməsi, guşəsi.
Buraxılışda mövzu, yaxud məzmunca müəyyən oxşarlığa malik materiallar olduqda onlar eyni R.-da birləşdirilir. Daimi R.-lar (məs.: «İqtisadiyyat», «Siyasət», «İdman») əksər hallarda hər buraxılışda təkrarlanır. Termin orta əsrlərin dini məzmunlu əlyazmaları ilə əlaqədar yaranıb; həmin əlyazmalarda mətnlərin ilk hərfləri, hissələrin başlıqları və müqəddəslərin adları seçilmək üçün qırmızı mürəkkəblə yazılırdı və buna R. deyilirdi.
Jurnalistika terminləri lüğəti