Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

axşam qəzeti

Günortadan sonra satışa çıxarılan və abunəçilərə çatdırılan qəzetlər, yaxud gündəlik qəzetlərin axşam bura­xı­lış­ları, çap mediasının bir növü.

Burada gün ərzində baş vermiş ən mühüm ha­disələr işıqlandırılır, aktual və sensasion xəbərlər, birja məlumatları, nekroloqlar, təcili elanlar dərc edilir. A.Q.-ləri ilk dəfə Qərbi Avropa və Amerikada XIX əsrin əv­vəllərində məhz səhər qəzetlərinin əla­vələri kimi nəşr olun­mağa başlanıb.

Jurnalistika terminləri lüğəti