Şəbəkədə informasiya axtarışı üçün nəzərdə tutulmuş texniki vasitələr və proqram təminatlarının məcmusu, kompüter sistemi.
A.S.-nin vəzifəsi istifadəçinin ona verdiyi açar sözlərə uyğun gələn sənədləri internetdə tapıb ekranda əks etdirməkdir. İnternetin yarandığı ilk illərdə A.S.-ləri əllə idarə olunurdu. Axtarışı həyata keçirmək üçün birinci kompüter proqramı “Arçi” (ing. archive – arxiv) 1990-cı ildə Kanadanın Mak-Gill (McGill) universitetinin tələbələri tərəfindən hazırlanıb.
See also:
Jurnalistika terminləri lüğəti