Şəxslərin icazəsi olmadan onlar haqqında fərdi məlumatların nümayiş, yaxud dərc etdirilməsini, başqa üsullarla ictimailəşdirilməsini qadağan edən prinsip, yayılması məhdudlaşdırılan informasiya.
Ş.H.S. şəxsi həyatın toxunulmazlığı hüququnun tərkib hissəsidir və Azərbaycanda xüsusi qanunvericilik aktı ilə qorunur. Qanuni əsaslarla əldə edilmiş, yayılması şəxsi həyatın toxunulmazlığının pozulmasına səbəb ola biləcək informasiyalar konfidensial informasiya (peşə sirri) rejimində qorunmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti