Başlıca məqsədi Çinin azad, çiçəklənən və güclü dövlətə çevrilməsi olan siyasi doktrina.
1906-cı ildə Çin inqilabçısı və siyasi xadimi Sun Yatsenin (1866–1925) irəli sürdüyü bu doktrina sonralar təkmilləşdirilib, üç prinsipdən – millətçilik, demokratiya və xalq rifahından ibarət olduğu üçün belə adlandırılıb. Millətçilik Mancur sülaləsinə qarşı mübarizədə Çin xalqının birliyi ideyasını əks etdirib. Demokratiya ölkədə əsas hüquq və azadlıqların təmin olunduğu respublikanın yaradılmasını nəzərdə tutub. Xalq rifahı isə torpaqların kəndlilərin xeyrinə milliləşdirilməsi və bərabər şəkildə bölüşdürülməsi prinsipini ifadə edib.
Tarix terminləri lüğəti1873–1884-cü illərdə üç monarxiya – Almaniya, Avstriya-Macarıstan və Rusiya arasında bağlanmış mütəffiqlik sazişlərinin tarixi ədəbiyyatda qəbul edilmiş adı.
Öncə bu sazişlər müttəfiqlərdən hər hansı birinin dördüncü dövlətin hücumuna məruz qaldığı təqdirdə digərlərin ona hərbi yardım göstərməsini nəzərdə tutub. 1881-ci ildən “hərbi yardım” müddəası “xeyirxah bitərəflik” termini ilə əvəzlənib. 1885–1886-cı illərdə sazişlər faktik olaraq qüvvədən düşüb. Buna səbəb həmin dövrdə Bolqarıstan böhranı və serb-bolqar müharibəsi zamanı üç dövlət arasında ziddiyyətlərin kəskinləşməsi olub.
Tarix terminləri lüğətiAlmaniya, Avstriya-Macarıstan və İtaliyanın 1879–1882-ci illlərdə hərbi-siyasi bloku.
Ü.İ.-nın yaranması Avropada iri hərbi blokların formalaşması prosesinin başlanğıcını qoyub. Bu isə sonda I Dünya müharibəsi ilə (1914–1918) nəticələnib. Ü.İ.-nın başlıca təşəbbüsçüsü olan Almaniya 1879-cu ildə Avstriya-Macarıstanla hərbi ittifaq bağlayıb. 1882-ci il mayın 20-də isə Almaniya, Avstriya-Macarıstan və İtaliya arasında gizli saziş imzalanıb. Ü.İ.-na cavab olaraq Rusiya, Fransa və Böyük Britaniya Antantanı yaradıblar.
Tarix terminləri lüğəti1940-cı il sentyabrın 27-də Almaniya, İtaliya və Yaponiya arasında 10 il müddətinə imzalanmış beynəlxalq saziş.
Ona “Berlin paktı” da deyilir. Sonradan bu ittifaqa Macarıstan (1940, 20 noyabr), Rumıniya (1940, 23 noyabr), Slovakiya (1940, 24 noyabr), Bolqarıstan (1941, 1 mart) və Almaniyanın satelliti olan bir sıra digər Avropa dövlətləri də qoşulub. Ü.P.-na əsasən, Yaponiya dövləti Almaniya və İtaliyanın Avropadakı aparıcı rolunu, sonuncular isə Yaponiyanın Şərqi Asiyada hakim mövqeyini qəbul edib. II Dünya müharibəsində (1939–1945) Almaniya və onun müttəfiqlərinin məğlubiyyəti həmin sazişə son qoyub.
Tarix terminləri lüğətifr. Troisième République
1870–1940-cı illərdə Fransada mövcud olmuş parlament rejimi.
İkinci imperiyanın süqutundan sonra yaradılmış Ü.R. 1875-ci il yanvarın 30-da qanunvericilik yolu ilə təsbit edilib. II Dünya müharibəsində (1939–1945) Fransanın məğlubiyyəti nəticəsində hakimiyyətin 1940-cı il iyulun 10-da Peten hökumətinə verilməsi ilə onun mövcudluğuna son qoyulub.
Tarix terminləri lüğətialm. Drittes Reich
1933-cü il martın 24-dən 1945-ci il mayın 23-dək Almaniya imperiyasının qeyri-rəsmi adı.
Tarix ədəbiyyatında “nasist Almaniyası” ifadəsinin sinonimi kimi işlənir. Ü.R. termini “üç çarlıq” haqqında orta əsr mistik təlimləri əsasında yaranıb. Terminin bilavasitə yaradıcısı isə 1923-cü ildə işıq üzü görmüş eyniadlı kitabın müəllifi Meller van den Bruk (1876–1925) hesab olunur. Nasistlər “alman millətinin müqəddəs Roma imperiyası”nı (962–1806) – birinci, 1871–1918-ci illər Almaniya imperiyasını ikinci, I Dünya müharibəsindən sonra dirçəlmiş Almaniyanı isə Ü.R. adlandırıblar. Onlar sonuncu reyxin min illərlə mövcud olacağını iddia ediblər.
Tarix terminləri lüğətifr. Tiers etat
XV–XVIII əsrlərdə Fransanın vergi ödəyən əhalisi (tacirlər, sənətkarlar, kəndlilər, sonralar isə burjuaziya və fəhlələr).
Onlar birinci iki silkdən – ruhanilərdən və zadəganlardan bu adla fərqləndiriliblər. Böyük Fransa inqilabı dövründə silki fərqlərin aradan qaldırılması ilə Ü.S. də ləğv olunub.
Tarix terminləri lüğətiİfrat sol və sağ meyillərdən qaçmağa çalışan mərkəzçi siyasi qüvvələrin mövqeyini ifadə etmək üçün işlədilən termin.
Ü.Y. axtarışları, bir qayda olaraq, sosial-demokrat və liberal görüşlü siyasətçilər üçün xarakterik olub. ABŞ-ın 42-ci prezidenti Bill Klinton Ü.Y. ideologiyasının tərəfdarlarına və onun praktikada tətbiqinə çalışanlara misal ola bilər. 1992-ci ildən başlayaraq Klinton administrasiyasının gerçəkləşdirdiyi daxili siyasət kursu məhz “Ü.Y. siyasəti” adlandırılıb. Əhalinin sosial təminatına xüsusi qayğı, səhiyyə və təhsilin inkişafına yönəlmiş addımlar bu siyasətin ən səciyyəvi cəhətləri olub. Klintonun Ü.Y. siyasətində ABŞ-ın 32-ci prezidenti F.Ruzveltin “Yeni xətt siyasəti”nin və 1960-cı illər liberalizminin təcrübəsi öz əksini tapıb.
Tarix terminləri lüğətiər. – ondabir
Orta əsrlərdə müsəlman ölkələrində natural dini vergi.
Şəriətə əsasən, bu vergi kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq məhsullarının, neftin, duzun və s. malların 1/10-i həcmində toplanıb. O, Azərbaycanda dəhyek, ondabir və s. adlarla da məlum olub. XIX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Ü., demək olar ki, aradan qaldırılıb, lakin rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 27 yanvar 1919-cu il qərarı ilə ləğv edilib. Ü. 1925-ci ildə Türkiyədə, 1935-ci ildə Tunisdə də ləğv olunub, bəzi müsəlman ölkələrində (Səudiyyə Ərəbistanı, Oman və s.) isə indi də qalır.
Tarix terminləri lüğəti