Reklam
Reklam

Tarix terminləri lüğəti

Antanta

fr. entente – razılıq

İngiltərə, Fransa və çar Rusiyasının Almaniya, Avstriya-Macarıstan və İtaliyaya qarşı 1904–1907-ci illərdə yaratdıqları hərbi-siyasi blok.

XX əsrin əvvəlində İngiltərə–Almaniya ziddiyyətlərinin kəskinləşməsi İngiltərənin Fransa və Rusiya ilə fikir ayrılıqlarını arxa plana keçirib. İngiltərə uzun müddət beynəlxalq arenada yürütdüyü ittifaqlara qoşulmamaq barədə ənənəvi siyasətindən əl çəkərək 1904-cü ildə Fransa, 1907-ci ildə isə Rusiya ilə müttəfiqlik sazişi imzalayıb. Bu sazişlər A.-nı rəsmiləşdirib. I Dünya müharibəsi (1914–1918) dövründə A. Almaniya və onun müttəfiqlərinə qarşı müharibə edən bütün ölkələrin (o cümlədən ABŞ, Yaponiya, habelə 1915-ci ildə A.-nın tərəfinə keçən İtaliyanın) vahid ittifaqına çevrilib. Müharibənin sonunda A.-ya 28 dövlət daxil olub.

Tarix terminləri lüğəti