ər. əş-Şəriə – düzgün yol, qanun
Müsəlmanların, ilk növbədə, Quran və sünnəyə əsaslanan dini, hüquqi, məişət qayda və qanunlarının toplusu.
Bu qayda və qanunlar VII–XII əsrlərdə formalaşıb. Ş.-də bütün dini və qeyri-dini məsələlər islam təlimi baxımından işıqlandırılır. Belə ki, Ş. müsəlmanların dini vəzifələri ilə yanaşı, dövlət, mülki, cinayət və prosessual normaları da əks etdirir. Yaxın keçmişdə müsəlman ölkələrində, o cümlədən Azərbaycanda Ş.-dən xüsusilə ailə-nikah münasibətlərində, habelə vərəsəlik hüququnda geniş istifadə olunub.
Tarix terminləri lüğəti