Reklam
Reklam

Tarix terminləri lüğəti

reyx

alm. reich < lat. regnum – imperiya, krallıq

Keçmişdə alman dövləti, imperiya.

I R. kral I Otto tərəfindən yaradılmış “Müqəddəs Roma imperiyası” (962–1806), II R. isə kral I Vilhelmin elan etdiyi Alman imperiyası (1871–1918) hesab olunur. Lakin, adətən, bu termin məhz Hitler Almaniyasına – nasional-sosialistlərin hakimiyyətdə olduğu (1933–1945) III R.-ə aid edilir.

Həmçinin bax:

Tarix terminləri lüğəti