Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tonik vəzn

Şeir misralarında vurğulu hecaların bərabər sayına əsaslanan vəzn.

Heca vəznindən fərqli olaraq T.V.-də bütün hecaların sayı deyil, yalnız vurğulu hecaların sayı əsas götürülür. Bu o deməkdir ki, misralarda vurğusuz hecaların sayı qeyri-bərabər ola bilər. Rus bılinaları T.V.-də yazılıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tövbənamə

Şәrq, həmçinin Azәrbaycan klassik poeziyasında etiraf, tövbə məzmunlu şeir.

Qәzәl, qәsidә, mәsnәvi, müxәmmәs vә s. janrlarda yazılır. Adәtәn, belә şeirlәr dini mahiyyәtdә olur; öz hәyatının müәyyәn dövründә etdiyi sәhvlәri başa düşüb tövbә edən şair Allaha müraciәt edәrәk günahlarının bağışlanmasını istәyir. XIX әsr Azәrbaycan şairi Mәhәmmәd bәy Aşiqin ömrünün son dövrlərində yazdığı tərcibənd şəkilli “Tövbәnamә”sindən:

Tövbә, ya rәb, bu qәdәr bәd әmәlimdәn tövbә!

Mәsiyәt rahinә hәm get vә gәlimdәn tövbә!

Hәr xilaf olmuş isә sınmış әlimdәn, tövbә!

Dәxi bundan sora mәkrü dәğәlimdәn tövbә!

Eylәrәm sidq ilә mәn piş әz ölümdәn tövbә!

Hәr xәta çıxmış isә bir dә dilimdәn, tövbә!

Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,

Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tövzi

Fonetik təkririn növlərindən biri: misrada sözlərin eyni samitlə başlanması.

T.-ni alliterasiyanın bir növü kimi də qəbul etmək olar. Lakin alliterasiya, ümumiyyətlə, samitlərin təkrarını nəzərdə tutur. Bu mənada hər T.-ni alliterasiya hesab etmək olar, lakin hər alliterasiya T. deyil. T.-yə nümunə:

Gözün gecəsini günəşli gündüz,

Adi şüşəni də büllur bilərdi. (Xəlil Rza)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

transliterasiya

Tərcümə zamanı sözün olduğu kimi saxlanması, tərcümə olunan dilin qrafikasına uyğunlaşdırılması.

T. daha çox reali və terminlərin tərcüməsi zamanı tətbiq olunur. Məsələn, “bayatı” sözü rus dilində баяты, “былина” sözü Azərbaycan dilində bılina kimi verilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

truver

fr. trouver – təsvir etmək, söz qoşmaq

XII–XIII əsrlərdə Fransada məhəbbət və cəngavərlik mövzusunda yazıb-yaratmış şair-müğənnilər.

Fransanın cənubunda, İtaliya və İspaniyada provansal dilində yazıb-yaratmış trubadurlardan fərqli olaraq T.-lər Fransanın şimalında yaşayır və qədim fransız dilində yazırdılar. T. poeziyası kurtuaz ədəbiyyatın bir qolu hesab edilir. Onlar lirik şeirlər, epik əsərlər və pyeslər yazmış, fransız ədəbiyyatının inkişafında böyük rol oynamışlar. T.-lərin yaradıcılıq irsindən nəinki poetik mətnlər, eləcə də notlar şəklində yazılmış bir çox musiqi əsərləri bu günümüzə qədər gəlib çatıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

türkü

Türkiyədə, xüsusilə Anadoluda çox geniş yayılmış xalq nəğməsi.

Mətni əruz vəznində olan şərqilərdən fərqli olaraq T. heca vəznində, müxtəlif şəkillərdə olur. Qoşma tərzi nisbətən çox işlənir. Bəzən T.-lərdə hər bəndin sonunda eyni ifadə, eyni misra, yaxud eyni beyt nəqərat kimi təkrar olunur:

Sabah oldu, dan yerləri atıyor,

Cümlə quşlar dəstur almış, ötüyor,

Ayşeciyim odasında yatıyor.

Şakı, bülbül, var oyandır yarımı,

Mən qıyamam, sən oyandır yarımı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti