fr. courtois – nəzakətli
Orta əsrlərdə Avropa saray ədəbiyyatında cəngavərlik mövzusunda yazılmış epik əsərlər məcmusu.
K.Ə. XI əsrin sonlarında Fransanın cənubunda – Provansda yaranıb, Fransada və Almaniyada geniş yayılıb, daha sonra İngiltərə, İtaliya və başqa Avropa ölkələrinə keçib. K.Ə. Fransada trubadurlar və truverlər, Almaniyada minnezingerlər tərəfindən yaradılmış məhəbbət lirikası və cəngavərlik romanları ilə təmsil olunub. Bu ədəbiyyat əsgəri rəşadəti və qadına məhəbbəti tərənnüm edir, cəngavər şərəfi rituallarını əks etdirir, klerikal ədəbiyyata və sxolastikaya qarşı dururdu. Bu əsərlər ədəbiyyatı yeni şeir formaları (kansona, alba, sirventa, tensona, pastorela), müxtəlif poetik ölçülər və qafiyələrlə zənginləşdirib. Kral Artur, Tristan və İzolda haqqında yaranmış bir çox əsərlər K.Ə.-ın nümunələrindəndir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti