lat. realis – olduğu kimi, həqiqi
Xalqın özünəməxsus etnomilli maddi, mədəni, tarixi fakt və hadisələrini əks etdirən, başqa dillərdə ekvivalenti olmayan leksik vahidlər.
Bura, ilk növbədə, geyim, kulinariya, dini və milli mərasimlər və s. ilə bağlı sözlər daxildir. Azərbaycan dilində R.-lərə səməni, paxlava, yapıncı, başlıq kimi sözləri aid etmək olar. Bu sözlər başqa dillərə transliterasiya yolu ilə tərcümə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti