Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

türkü

Türkiyədə, xüsusilə Anadoluda çox geniş yayılmış xalq nəğməsi.

Mətni əruz vəznində olan şərqilərdən fərqli olaraq T. heca vəznində, müxtəlif şəkillərdə olur. Qoşma tərzi nisbətən çox işlənir. Bəzən T.-lərdə hər bəndin sonunda eyni ifadə, eyni misra, yaxud eyni beyt nəqərat kimi təkrar olunur:

Sabah oldu, dan yerləri atıyor,

Cümlə quşlar dəstur almış, ötüyor,

Ayşeciyim odasında yatıyor.

Şakı, bülbül, var oyandır yarımı,

Mən qıyamam, sən oyandır yarımı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti