ər. məzduc – cütləşmə
İki və daha artıq həmqafiyə sözün еyni misrada yanaşı işlədilməsi.
Klassik poeziyaya aid edilən bu termin aşıq şeirindəki gül qafiyə ilə eyni anlayışı ifadə edir; məsələn:
Еy baharım, еy nigarım, еy şikarım, şahidim,
Еy hərifim, еy zərifim, еy şərifim, sərvərim. (İ.Nəsimi)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLətifə, gülməli hekayə, əhvalat əsasında yazılmış komik əsər; qısa süjetli komediya.
Əsasən, məişət mövzusunda yazılan M. çox zaman qrotesk səciyyəli olur; daha çox gerilik, mövhumat, cəhalət, avamlıq, sərxoşluq, yalan kimi naqislikləri ifşa edir. M. tamaşalarında kobud zarafatlara, şit atmacalara üstünlük verilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik şeirdə qafiyə elementi olaraq xürucdan sonra gələn hərf.
Nümunə:
Gəh dərdilə yarı-yar edərdi,
Gəh ötura, gəh dura gedərdi.
Beytdə edərdi və gedərdi qafiyə sözlərindəki birinci “d” hərfi rəvi, “r” hərfi vəsl, ikinci “d” hərfi xüruc, sonuncu “i” saiti isə M.-dir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. mythos – rəvayət, ənənə
Dünyada mövcud olan hər bir şeyin yaranması, ilahlar, qəhrəmanlar haqqında insanların qədim təsəvvürlərini ifadə edən əsər.
M. təbiət hadisələri, kortəbii qüvvələr və səma cisimlərinin insanların xəyalında, təsəvvür və düşüncələrində müəyyən bir şəkildə təzahürüdür. Şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri kimi M. ictimai şüurun ilkin forması olan mifoloji təfəkkürün məhsuludur. Mifoloji təsəvvürlər tarixi inkişafın müəyyən mərhələsində praktik olaraq bütün xalqlarda izlənilir. Demək olar ki, bütün xalqların mifologiyasında M.-lərin tipoloji baxımdan eyni təsnifatı mövcuddur.
Həmçinin bax:
yun. mythos – rəvayət + logos – söz
1. Yer üzündә hәyatın mәnşәyi, tәbiәt hadisәlәri, ilahlar və əfsanəvi qəhrəmanlar haqqında insanların әn qәdim tәsәvvür vә etiqadlarından ibarәt rәvayәtlәr.
M.-da izah oluna bilməyən təbiət hadisələri haqqında mifik izahlar verilir və həmin hadisələr hansısa qeyri-adi varlıqla əlaqələndirilir. Orta əsrlərdə Avropa mütəfəkkirləri yalnız antik (qədim yunan və Roma) M. ilə tanış idilər, lakin Amerika və Afrikanın yerli əhalisinin mədəniyyəti və tarixi ilə tanışlıqdan sonra məlum oldu ki, mifoloji təsəvvürlər dünyanın, demək olar ki, bütün xalqlarında sivilizasiyanın ilkin mərhələlərində mövcud olub. Qәdim yunan M.-sı dünya ədəbiyyatına bir çox mifoloji süjetlər bəxş edib. Şәrq xalqlarının, o cümlәdәn Azәrbaycan xalqının qәdim M.-sı vardır. Azərbaycan ədəbiyyatı mifoloji süjetlər və obrazlar baxımından zəngindir. Ədәbiyyatımızda xeyir allahı Hörmüz vә şәr allahı Әhrimәn mifoloji surәtlәr kimi mәşhur olub. “Kitabi-Dədə Qorqud” dastanındakı Təpəgöz obrazı mifoloji obrazdır.
2. Mifləri tədqiq edən elm.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXIX əsr Avropa ədəbiyyatşünaslığında mifologiyanı istənilən əsər üçün zəruri şərt və ilkin material kimi qələmə verən bədii-fəlsəfi istiqamət.
Bu istiqamətin əsasında mifologiyanı “təbii din” kimi qəbul edən F.Şellinqin estetik görüşləri dururdu. Tam olaraq M.M.-in konsepsiyası Qrimm qardaşlarının “Alman mifologiyası” (1835) əsərində formalaşıb. Bu nəzəriyyəyə görə, mif ilahi mənşəyə malikdir, nağıl, əfsanə və bu kimi folklor janrları təkamül nəticəsində mifdən törəyiblər. Qrimm qardaşları müxtəlif xalqların folklorundakı analoji təzahürləri onların eyni mifoloji təfəkkürdən qaynaqlanması ilə izah edirdi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDünyanın, kainatın yaranmasına aid ilkin təsəvvürlərlə müasirliyin vəhdəti əsasında qurulmuş süjeti olan roman.
Tanrı, Göy, Yer, Zaman, Cənnət, Cəhənnəm haqqında irreal düşüncələr bu tipli romanlarda geniş yer alır. M-F.R.-lar fantastika ilə reallığın vəhdəti üzərində qurulur. Yəni romanlarda təsvir olunan qəhrəmanlar bizim müasirlərimizdir, hadisələr öz başlanğıcını müasir zamandan götürür. Sonradan hadisələr tarixi keçmişlə əlaqələndirilir. Bu baxımdan M-F.R.-larda qədimliklə müasirlik arasında paralellik olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. miniature – miniatür > lat. minium – əlyazma kitabların tərtibatında istifadə olunan qırmızı rəng
1. Qәdim әlyazma kitablarda mәtnə çəkilmiş kiçik, rәngli illüstrasiyalar.
Orta əsrlərdə M. sənəti Şərq ölkələrində (Çin, Yaponiya, Hindistan, İran, Azərbaycan və s.) geniş yayılmışdı. Azərbaycanda ilk M. nümunələri XIII əsrin sonu – XIV əsrin əvvəllərində Marağa və Təbrizdə yaradılıb. Azərbaycan M. sənətinin ən məşhur nümayəndəsi Sultan Məhəmməd (XVI əsr) olub. Onun Firdovsinin “Şahnamə”sinə, Hafizin “Divan”ına, Nizaminin “Xəmsə”sinə çəkdiyi M.-lər dünyanın məşhur muzey və kitabxanalarında saxlanılır.
2. Ədəbiyyat, teatr, musiqi və incəsənətin bir çox növlərində kiçikhəcmli əsər.
Bu mənada M.-ü bəzən janr da adlandırırlar. Lakin nəzərə almaq lazımdır ki, bu söz incəsənətdə, sadəcə, “kiçik” sözünün sinonimi kimi işlənir və müxtəlif janrlarda yaradılmış əsər M. adlandırıla bilər. Məsələn, ədəbiyyatda kiçik hekayə, esse və ya şeir, təsviri incəsənətdə kiçikhəcmli portret, peyzaj və ya natürmort.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətialm. minnezinger – məhəbbət şairi, nəğməkarı
XII–XIII əsrlərdə alman ədəbiyyatında şair-nәğmәkar.
M. poeziyası trubadur lirikasının tәsiri altında yaranıb. Bu poeziyanın əsas mövzuları cәngavәrin sevgilisinə olan məhəbbəti, sәlib yürüşündə cəngavərin qəhrəmanlıqlarıdır. M. mahnının yalnız mәtnini deyil, melodiyasını da yaradırdı. XIV əsrdə M.-lərin yerinə meysterzingerlər gəlib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYazıçının şüurlu şəkildə janrın, üslubun, bədii priyomların ənənəvi normalarından imtina etməsi.
Bu termin elmə Y.Lotman tərəfindən gətirilib. M-P. mətnin bədii ifadə vasitələri baxımından sadələşdirilməsini, bədii strukturda müəyyən elementlərdən imtina olunmasını nəzərdə tutur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. mirakle < lat. miraculum – möcüzə
Orta əsrlər Avropa ədəbiyyatında dini-didaktik xarakterli mənzum dram janrı.
Süjetin əsasında hər hansı xristian müqəddəs siması tərəfindən göstərilən möcüzələr, “səma qüvvələrinin” insanların həyatına etdiyi müdaxilə nəticəsində xeyirin qələbə çalması, şərin cəzalandırılması dayanır. M. XIII əsrdə Fransada yaranıb, sonralar başqa Avropa ölkələrinə yayılıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəzm əsərinin struktur vahidi: ayrılıqda götürülmüş sətri.
Şeirdə M. bir (əsasən, sərbəst şeirdə) və ya bir neçə sözdən ibarət ola bilər. Bir çox nəzm əsərlərində ilk M.-dakı ölçü sistemi və ritmik pauzalar sonrakı M.-larda da eyni qaydada davam etdirilir. M.-da fikir tamamlanmaya bilər, yəni şeirdə bitmiş fikir ifadə edən cümlə iki və daha çox M.-nı əhatə edə bilər. Mətndə M.-nın sayı çox zaman janr göstəricisi kimi çıxış edir. Məsələn, bayatı dörd M.-dan, klassik sonet on dörd M.-dan ibarət olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti