Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mifoloji məktəb

XIX əsr Avropa ədəbiyyatşünaslığında mifologiyanı istənilən əsər üçün zəruri şərt və ilkin material kimi qələmə verən bədii-fəlsəfi istiqamət.

Bu istiqamətin əsasında mifologiyanı “təbii din” kimi qəbul edən F.Şellinqin estetik görüşləri dururdu. Tam olaraq M.M.-in konsepsiyası Qrimm qardaşlarının “Alman mifologiyası” (1835) əsərində formalaşıb. Bu nəzəriyyəyə görə, mif ilahi mənşəyə malikdir, nağıl, əfsanə və bu kimi folklor janrları təkamül nəticəsində mifdən törəyiblər. Qrimm qardaşları müxtəlif xalqların folklorundakı analoji təzahürləri onların eyni mifoloji təfəkkürdən qaynaqlanması ilə izah edirdi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti