ital. sonetto < lat. sonus – səs
Avropa ədəbiyyatında geniş yayılmış 14 misralıq lirik şeir.
Orta əsrlərdə meydana çıxıb, öz klassik şəklini XIII əsrdə İtaliyada alıb. Klassik S. iki katrendən (dördmisralıq bənddən) və iki tersetdən (üçmisralıq bənddən) ibarətdir. Hər misrada yamb ölçüsündə beş və ya altı stopa olur. Klassik qafiyə quruluşu belədir: a.b.b.a, a.b.b.a, c.c.d, e.d.e. Lakin zaman keçdikcə bəndlərin quruluşunda başqa şəkillər ortaya çıxıb. Məsələn, İngiltərədə, xüsusən Şekspir yaradıcılığında S. 4+4+4+2 qaydası üzrə bəndlərə ayrılıb. Azərbaycan ədəbiyyatında S. janrına H.Cavid, M.Müşfiq, A.Babayev kimi sənətkarlar müraciət ediblər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti