Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

jurnalist statusu

1. Jurnalistin qanunla mü­əy­yənləşdirilmiş hüquq və vəzi­fə­lərinin, hüquqları ilə bağlı malik olduğu təmi­natların, habelə vəzifələrini yerinə ­ye­tir­mə­mə­yə görə daşıdığı məsuliyyətin vəhdəti.

«Jurnalistin hüquqları» və «Jur­nalistin vəzifələri» maddələri 2001-ci ildə KİV haqqında qanundan çıxarılıb. Bununla belə, «jurnalist» anlayışının izahından və qanunun digər müd­dəa­la­rından aydın gö­rünür ki, jurnalistin əsas hüququ informa­siya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaqdan, başlıca vəzifəsi isə əhalini məlumatlandırmaq, həqiqəti auditoriyaya çatdırmaqdan ibarətdir. Azərbaycanda J.S. KİV-in ştatlı və redaksiya tapşırıqlarını davamlı yerinə yetirən ştatdankənar müx­birlərinə şamil edilir.

2. Cəmiyyətin sosial strukturunda jurnalistin yeri, ictimai möv­qeyi.

Jurnalistin sosial statusu onun ­cə­­miyyətin digər təbəqələri ilə müna­si­bətlərinin xarakterini müəy­yənləşdirir və ümumilikdə bu peşə nüma­yəndələri üçün səciyyəvi olan bir sıra əlamətlərin təsiri al­tında formalaşır. Həmin əlamətlər jur­nalistlərin istifadə etdikləri hüquqların genişliyindən, yerinə yetirdikləri vəzifələrin mahiyyətindən, medianın professional in­kişaf səviy­yə­sin­dən və s.-dən asılıdır.

Jurnalistika terminləri lüğəti

jurnalistikanın deontologiyası

yun. deontos – lazımi + yun. logos – söz, təlim

Jurnalistikada mənəviyyat problemlərini araşdıran, habelə peşə davranışı qaydalarını öyrənən, onların hüquq normaları ilə uzlaşdırılmasını, optimal informasiya siya­sətinin formalaşdırılmasını təmin edən elm sahəsi. □ «Deontologiya» terminini ilk dəfə «mənəviyyatın nəzəriyyəsi» anla­mın­da 1834-cü ildə ingilis filosofu Ceremi Bent­ham işlədib. Hazırda bu termindən sosiologiya, hüquq, jurnalistika və reklam sa­həsində geniş istifadə olunur.

Jurnalistika terminləri lüğəti

jurnalistikanın funksiyaları

lat. functio – ic­ra, yerinə yetirmə

Jurnalistikanın so­sial institut kimi cəmiyyətdə oynadığı rol, yerinə yetirdiyi vəzifələrin icra me­xanizm­­ləri və üsulları.

Jurnalistikanın missiyası və məqsədi sahəsində olduğu kimi, ­onun funksiyaları barədə də elmdə vahid rəy ­yox­­dur. Bu rəyləri ümu­miləş­dirməklə ­jur­­­­­­­­­­­­n­a­lis­tikanın əsas funksiyaları kimi ­məlumatlandırma, maarifləndirmə, kommunikasiya (əla­qə­lən­dirmə) və əyləndirmə (rekreativ, bərpa­edici), habelə ­təşkilatlandırma (inteqrativ, birləşdirici), ideoloji, ictimai nəzarət, izahetmə (şərh­etmə, analitik) və reklam funk­siyalarını qeyd etmək olar.

Jurnalistika terminləri lüğəti