Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

qonzo jurnalistika

ing. gonzo – ağlı çaş­mış

Jurnalistikada hadisələrin təsvirini birinci şəxsin adından verən tam subyektiv üslub.

Bu üslubda hazırlanmış materiallarda jurnalist hadisələrin iştirakçısı kimi çıxış edir, onların mahiyyətini oxucuya, tamaşaçıya, dinləyiciyə çatdırmaq üçün şəxsi fikirlərinə,

emosiyalara geniş yer verir. ­Sarkazm, yumor, şişirtmə, hətta normadan kənar leksika Q.J. üslubunun səciyyəvi ­xü­susiyyətləridir.

Jurnalistika terminləri lüğəti