Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

subyektivlik

Gerçəkliyə, fakta, hadisəyə, prosesə münasibətin maraqlardan, dün­ya­görüşündən, habelə üstün tutulan mə­nə­vi­-etik prinsiplərdən asılılığı.

S. yalnız fərdlərə de­yil, kollektivlərə, cəmiyyətə də xas olan xüsusiyyətdir. Jurnalistikada S. probleminə müxtəlif baxışlar mövcuddur. Bütövlükdə cəmiyyət, bir çox media mütəxəssisləri ­jurnalistikadan S.-dən uzaq olmağı tələb edirlər. Digər mütəxəssislər bunun qeyri-mümkün olduğunu, ən azı, hansı mövzuya diqqət yetirməyin lazım gəldiyini müəy­yənləşdirərkən, faktları seçərkən redak­si­yanın qeyri-ixtiyari subyektiv baxışlardan çıxış etdiyini deyirlər. Buna görə də S. jurnalistikada bir qədər dar mənada – qərəz­sizlik, neytrallıq, peşə prinsiplərini və ictimai maraqları şəxsi maraqlardan üstün tutmaq kimi başa düşülür. Əksər ölkələrin peşə etikası kodekslərində bu termindən istifadə etməməyə çalışırlar.

Jurnalistika terminləri lüğəti