lat. missio – göndəriş, tapşırıq
Jurnalistikanın başlıca məqsədi, onun cəmiyyətdə əsas sosial funksiyası.
Faktik olaraq missiya – hər hansı təşkilatın, sosial institutun öz fəaliyyətinin yekunu olaraq əldə etmək istədiyi nəticədir. Çoxfunksional institut kimi jurnalistika bir sıra konkret məqsədlərə xidmət edir, vəzifələr daşıyır. Lakin jurnalist fəaliyyətinin mərkəzində ümumi, vahid bir məqsəd dayanır: gerçəkliyi əks etdirməklə, insanları doğru-dürüst məlumatlandırmaqla onların bütövlükdə cəmiyyətlə optimal münasibətlər qurmasına şərait yaratmaq. Bu, J.M.-dır. Bununla belə, J.M. anlayışının fərqli yozumları, müxtəlif izahları mövcuddur. Bir sıra hallarda J.M.-nı onun vəzifələri ilə (kommunikasiya vasitəsi, ictimai nəzarət forması və s.) eyniləşdirir, yaxud, ümumiyyətlə, jurnalistikanın hər hansı missiya deyil, konkret funksiyalara malik olduğunu iddia edirlər: çünki «missiya» daşıyıcısı olduğu subyektdən ayrı təsəvvür edilə bilməz, müxtəlif sistemlərdə (nəzəriyyələrdə) funksiyalar dəyişdikcə missiya da dəyişə bilər.
See also:
Jurnalistika terminləri lüğəti