Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

jurnalistikanın sosiologiyası

Me­dia­nın fəaliyyətinin sosial aspektlərini, onun auditoriya ilə qarşılıqlı müna­sibət­lərinin qa­nunauyğunluqlarını, forma­larını tədqiq edən elm sahəsi.

J.S. bir tərəfdən ictimai şüurun və ictimai rəyin forma­laş­ma­sına, qərarların qəbulu pro­sesinə medianın təsirini öyrənir, digər tərəfdən isə KİV-in kontentinə, dav­ranışına auditoriyanın əks-təsirini araşdırır. Bunun üçün, əsasən, ­so­sioloji metodlardan (mətn­­lərin kontent-analizi, üzbəüz mü­sahibə, sorğu, eks­­pe­rimentlər və s.) isti­fadə edilir. J.S. həm sosiologiyada, həm də jurnalistikada fənn ola­raq bir çox ali mək­təblərin tədris ­proq­ramına daxildir. Bu elm sahəsi məhz so­siologiyanın qolu kimi XIX əsrdə for­ma­­laşmağa başlayıb, lakin «mət­buatın so­siologiyası» terminini ilk dəfə 1910-cu ildə alman alimi Maks Veber işlədib.

Jurnalistika terminləri lüğəti