1. Fikri sözlərlə ifadə etmək şəklində tarixən formalaşmış ünsiyyət forması.
N. jurnalistikada əsas ifadə vasitələrindən biri, eyni zamanda dildən istifadə prosesidir. Buna görə jurnalistikada, ilk növbədə, radio və televiziyada əməkdaşların yüksək nitq mədəniyyətinə yiyələnməsi böyük əhəmiyyət kəsb edir.
2. Kütləvi tədbirlərdə, televiziya və radioda auditoriyaya xitabən çıxış.
Misal: «Məhəmməd Əmin Rəsulzadə cənabları… bir nitq irad edərək camaatı milli bayram və bəxtiyarlıq ilə təbrik etdi («Azərbaycan» qəzeti).
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Ədəbi dil normalarına, o cümlədən orfoepiya qaydalarına əməl olunması, dilin ifadə vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq şəkildə istifadə edilməsi.
Yüksək N.M. – fikirlərin dil vasitəsilə dəqiq, düzgün və anlaşıqlı ifadəsidir. Müasir cəmiyyətdə media dilin formalaşmasına, qorunmasına və inkişafına təsir göstərən mühüm faktorlardan biridir. Buna görə də jurnalistin N.M. onun peşəkarlığının əsas göstəricilərindən hesab edilir. N.M. əksər jurnalistika fakültələrində tədris olunur, bir sıra universitetlərdə «Jurnalistika və N.M.» kafedraları fəaliyyət göstərir.
2. Dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin normalaşdırılması, təkmilləşdirilməsi, nitqin düzgünlüyü meyarlarının müəyyənləşdirilməsi kimi məsələləri araşdıran dilçilik bölməsi.
N.M.-nin normativ, etik və kommunikativ komponentləri var. Birinci komponent ədəbi dilin normaları, ikincisi – onun müxtəlif şəraitlərdə tətbiqi, üçüncüsü isə ünsiyyətin məqsədinə nailolma üsulları ilə əlaqədardır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiNitqin ədəbi dil normalarına uyğun, dəqiq və anlaşıqlı olmasını təmin edən bacarıqların, üsulların məcmusu.
Orfoepiya, diksiya, tənəffüs, səs, durğu işarələri, qrammatik və məntiqi pauzalar, məntiqi vurğular, mimika, jestlər – bunlar N.T.-nın tərkib hissələridir. Televiziya və radio jurnalistlərinin, diktorların, fəaliyyət sahəsinə görə şifahi nitqlə məşğul olan digər sənət adamlarının – aktyorların, qiraətçilərin, natiqlərin peşə hazırlığı prosesində N.T. tədris olunan əsas fənlərdəndir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMülkiyyət formasından asılı olmayaraq istənilən müəssisənin, təşkilatın statusunu, fəaliyyət sahələrini, strukturunu, funksiyalarını, öhdəlik və vəzifələrini müəyyənləşdirən hüquqi sənəd, qaydalar toplusu.
N. təsisçi (təsisçilər) tərəfindən təsdiq edilir və dövlət orqanlarına təqdim olunur. Azərbaycan qanunvericiliyinə görə, KİV redaksiyalarının fəaliyyəti peşə müstəqilliyi və N. əsasında həyata keçirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. capitalis – əsas, üstünlük təşkil edən
Müəssisənin təsis sənədlərində müəyyən edilmiş kapitalının miqdarı.
N.K. təsisçilərin paylarından və buraxılmış səhmlərin nominal dəyərinin cəmindən ibarətdir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanında qeydiyyata alınır. KİV-in N.K. ilə əlaqədar qanunvericilikdə xüsusi qayda müəyyənləşdirilib: ölkədə təsis olunan yayım şirkətlərinin N.K. bütünlüklə, digər KİV-in N.K.-nın isə azı 70 faizi yerli fiziki və hüquqi şəxslərə məxsus olmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. nonpareille – bərabəri olmayan
Xırdaölçülü mətbəə şrifti.
N. şriftinin hündürlüyü 6 punkt (2,25 mm) təşkil edir. Bu şriftdən geniş oxucu kütləsi üçün nəzərdə tutulmayan sorğu-məlumat kitablarında, şəkilaltı mətnlərdə, böyük cədvəllərdə istifadə olunur.
Jurnalistika terminləri lüğətiNotariat hərəkətlərinə dair əldə olunmasına və yayılmasına məhdudiyyət qoyulan məlumatlar.
N.S. konfidensial informasiya sayılır və peşə sirri kateqoriyasına aid edilir. Notariuslar və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini saxlamağa borcludurlar. N.S.-nin açılmasında təqsirli olan şəxslər qanunla məsuliyyət daşıyırlar. Notariat hərəkətlərinin aparılması ilə əlaqədar notariusa qarşı cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq öhdəliyindən azad edə bilər.
Jurnalistika terminləri lüğətiing. notebook – qeyd dəftərçəsi, bloknot
Kiçikölçülü, daşınabilən, avtonom qida mənbəyinə malik fərdi bilgisayar.
N.-un yaradılması ideyasını 1968-ci ildə «bloknot boyda, yastı, şəbəkəyə naqilsiz qoşula bilən elektron qurğulara» ehtiyac olduğunu bildirən Xerox firmasının laboratoriya rəhbəri Alan Key irəli sürüb. İlk belə qurğunu 1982-ci ildə ABŞ-ın Grid Systems korporasiyası hazırlayıb. Qısa müddətdə N. mobil texniki avadanlıqlara böyük ehtiyac duyan jurnalistlərin mühüm iş alətlərindən birinə çevrilib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. know how – hərfi mənada: bilirəm necə
Əqli fəaliyyətin nəticəsi kimi kommersiya sirrinə aid edilən, qanunvericiliyə, yaxud sahibinin mülahizələrinə əsasən patentlə mühafizə olunmayan məlumat.
Belə məlumatlar hər hansı istehsal prosesi, yaxud xidmət sahəsinə dair başqalarına bəlli olmayan, texniki, texnoloji, elmi, metodoloji və s. xarakterli biliklər, yaxud yeniliklərdən ibarət ola bilər.
Jurnalistika terminləri lüğətiing. – National Television System Committee – «televiziya sistemləri üzrə milli komitə» ifadəsində sözlərin baş hərflərindən yaradılmış abreviatura
Əsasən, Şimali Amerikada, Cənubi Amerikanın əksər ölkələrində, Cənubi Koreyada, Yaponiyada və s.-də geniş istifadə olunmuş rəngli analoq televiziya sistemi.
NTSC formatında televiziya kadrı 60 hers tezliyində 525 sətrə ayrılır, saniyənin hər 1/30 hissəsində bu sətirlərdən şüa keçir. Standart 1941-ci ildə ABŞ-da ağ-qara təsvir üçün yaradılıb, 1953-cü ildə rəngli formata keçirilib, 2000-ci illərdə rəqəmsal televiziya standartları ilə əvəzlənməyə başlanıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti