Reklam
Reklam
  • Yalanın ayaqları qısadır. (İtalyan)
  • Sözün düzü xoşa gəlməz, xoşa gələn də təkdənbir düz olar. (Gürcü)
  • Kəndin alt başında yalandır dedim, üst başına gəldim mən də inandım. (Gürcü)
  • Tamahkarı yalançı aldadar. (Azərbaycan)
  • Quş qanadı ilə tanınar, insan adı ilə. (Azərbaycan)
  • Tutulmayan oğru, xandan-bəydən doğru. (Azərbaycan)
  • Oğru hamını oğru bilər. (Azərbaycan)
  • Oğru elə bağırdı, doğrunun bağrı yarıldı! (Azərbaycan)
  • Oğru həmişə doğruluqdan danışar. (Azərbaycan)
  • Yalançının ipi ilə quyuya düşən quyuda qalar. (Azərbaycan)
  • Yalançını evinəcən qovarlar. (Azərbaycan)
  • Yalançının evi yandı, heç kəs inanmadı. (Azərbaycan)
  • Yalan üz qaraldır. (Azərbaycan)
  • Yalanın ömrü az olar. (Azərbaycan)
  • Yalançının yaddaşı olmaz. (Azərbaycan)
  • Yalançının şahidi yanında olar. (Azərbaycan)
  • Yalançı özünün düşmənidir. (Azərbaycan)
  • Yalançı çox and içər. (Azərbaycan)
  • Yalan olmasa, doğru yeriməz. (Azərbaycan)
  • Yalan danışan yanındakını qanmaz yerinə qoyar. (Azərbaycan)