1. Pulun məbləğinin azalmaya doğru yuvarlaqlaşdırılması. □ Remissiya hesablaması.
2. Xroniki xəstəliklərin əlamətlərinin zəifləməsi və ya tamamilə aradan qalxması ilə müşayiət olunan dövrü.
Bu əlamətlərin zəifləməsi və ya yoxa çıxmasından asılı olaraq tam və yarımçıq R. anlayışları işlədilir. □ Xəstəliyin remissiya dövrü.
Azərbaycan dilinin izahlı lüğəti1. Hüquqi müqavilə növü; əqd bağlamış tərəflərin əvvəlki vəziyyətinə qaytarılması; pozulmuş hüququ bərpa etmə və dəymiş ziyanı ödəmə. □ Restitusiya qərarı.
2. Orqanizmin itirdiyi hissəni yenidən bərpa etmə qabiliyyəti. □ Hüceyrələrin restitusiyası.
Azərbaycan dilinin izahlı lüğətiOkean və dəniz sularında müstəqil döyüş hücumları aparan və əsas məqsədi düşmənin hərbi-nəqliyyat, ticarət gəmilərini sıradan çıxarmaq olan hərbi, yaxud xüsusi olaraq silahlandırılmış ticarət gəmisi. □ Reyder gəmiləri.
Azərbaycan dilinin izahlı lüğətiSənədlərin orta və kiçik tirajla çoxaldılması üçün trafaret çapı maşını.
Fırlanan silindrə bərkidilmiş, üzərinə mum çəkilmiş kağızdan və ya xüsusi lentdən hazırlanmış trafaretin köməyi ilə mətnlərin, çertyojların, şəkillərin artırılması üçün aparat. □ İrihəcmli rotator.
Azərbaycan dilinin izahlı lüğətiİnduizmdə ölümdən sonra ruhun başqa bir insan və ya canlı varlıq kimi yenidən dünyaya gəlməsi, yəni samsara dövranının (doğum–ölüm–yenidən doğum) baş verməsi.
İnduizmə, buddizmə və caynizmə görə, ruh (atman) bədənlə birlikdə ölmür. Bədən “geyim” kimidir — köhnəldikdə atılır, ruh isə yeni bir bədən “geyinir”. Bu proses sonsuz dövr şəklində davam edir və ruhun növbəti həyatda hansı bədəndə doğulacağı onun karmasından — yəni əvvəlki həyatdakı əməllərindən asılıdır.
Azərbaycan dilinin izahlı lüğəti