Canlı varlıqların ruhlarının (atman) ölümdən sonra başqa bədənlərdə yenidən doğulması və bu prosesin sonsuz şəkildə təkrarlanması haqqında dini-fəlsəfi anlayışdır.
İnduizmə görə insan yalnız bir dəfə doğulmur. Ruh – atman bədən öldükdə ölmür, sadəcə başqa bir varlıq formasına keçir. Bu çevirim samsara adlanır və karma qanunu ilə idarə olunur. Yəni əgər insan yaxşı əməllər görürsə, növbəti həyatında daha yüksək və xoşbəxt bir varlıq formasında doğulur; əgər pis əməllər işlədibsə, daha aşağı bir formada (məsələn, kasıb, xəstə və ya heyvan kimi) doğulur. Bu, əxlaqi ədalətin kosmik mexanizmi kimi qəbul edilir.
Azərbaycan dilinin izahlı lüğəti