İnduizm və buddizmdə səbəb və nəticənin vəhdətini, qaçılmazlığını iddia edən dini-mənəvi prinsip.
Karmanın əsas mahiyyəti ondan ibarətdir ki, insanın bütün hərəkət və davranışları onun gələcək taleyini müəyyən edir. Bu məfhum induizmdə samsaranın (yenidən doğuluş fəlsəfəsinin) əsasını təşkil edir.
Azərbaycan dilinin izahlı lüğəti