Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

atman isim sanskritcə ātman — ruh, öz, mənlik, nəfəs

İnduizmdə insanın dəyişməz, əbədi və ilahi mahiyyətini, yəni həqiqi “mən”ini ifadə edən anlayış, bədənin və zehnin xaricində mövcud olan, ölməz və dəyişməz ruh.

İnduist dünyagörüşünə görə insan iki tərəfdən ibarətdir: deha (bədən) — dəyişkəndir, doğulur, qocalır və ölür və atman (ruh) — ölməzdir, dəyişmir, o, bədənin içindəki həqiqi varlıqdır.

Atman bədən öldükdə yox olmur; samsara dövranı vasitəsilə bir bədəndən digərinə keçir. Bu, reinkarnasiya adlanır.

Azərbaycan dilinin izahlı lüğəti