Reklam
Reklam

Все словари

Ordovik dövrü

Böyük Britaniyada Uels əyalətində yaşamış kelt tayfasının adı olan "ordovices" sözündən

Yerin geoloj inkişafı tarixində Paleozoy erasının ikinci dövrü.

O.D. təxminən 485 milyon il əvvəl başlanıb, 443 milyon il əvvəl sona yetib, yəni təqribən 42 milyon il davam edib. Dövrün adı Uels ərazisində yaşamış qədim ordovik tayfasının adından götürülüb və 1879-cu ildə ingilis geoloqu Çarlz Lapuors tərəfindən təklif olunub.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

orqanizm qalıqları

Keçmiş geoloji dövrlərdə yaşamış orqanizmlərin və onların həyat fəaliyyətinin izləri.

O.Q. daşlaşmış orqanlar, süxurlar, təbii qazıntılar və s. şəklində ola bilər.

Coğrafiya terminləri lüğəti

orqanogen süxurlar

yun. organon – orqan + yun. genesis – yaranma

Bitki və heyvan orqanizmlərinin qalıqlarından və ya onların həyat fəaliyyəti məhsullarından ibarət çökmə süxurlar.

O.S.-a maddə tərkibinə görə silisiumlu (yosun, süngər qalıqlarından ibarət və s.), karbonatlı (rif, əhəngdaşı, təbaşir və s.), fosfatlı süxurlar, həmçinin kömürlər (qonur kömür, antrasit, yanar şist və s.) daxildir.

Coğrafiya terminləri lüğəti

oroqrafik amillər

yun. oros – dağ + yun. grapho – yazıram, təsvir edirəm

Landşaftın strukturundan, relyefindən asılı olan amillər.

O.A. ərazidə canlı orqanizmlərin həyatına, heyvan və bitkilərin zənginliyinə ciddi təsir göstərir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

oroqrafiya

yun. oros – dağ + yun. grapho – yazıram, təsvir edirəm

Geomorfologiyanın Yer səthinin relyef formalarını öyrənən sahəsi.

O. relyef formalarını mənşəyindən, yaşından və inkişaf tarixindən asılı olmayaraq zahiri əlamətlərinə görə təsvir edir, onların təsnifatını yaradır.

Coğrafiya terminləri lüğəti

orta okean dağ silsilələri

Bütün okeanların mərkəzi hissələrində yerləşən dağ silsilələri.

Abissal düzənliklər üzərində 2000-3000 metr yüksələn bu dağlar okean dibinin təxminən 15%-ni əhatə edir, onların ümumi uzunluğu 70 min km-ə çatır. Həmin strukturlarda yeni okean Yer qabığının formalaşması prosesi gedir. O.O.D.S. okean tavalarının hərəkəti nəticəsində yaranıb və fəal vulkanizmi, seysmikliyi ilə fərqlənir. Zirvələrinin səthə çıxdığı yerlərdə ada əmələ gəlir (məs.: Havay, İslandiya adaları). O.O.D.S.-nin mərkəzində fəal seysmikliyə malik rift dərələri olur.

Coğrafiya terminləri lüğəti

ost

alm. est – şərq

Üfüqün şərq cəhətinin beynəlxalq adı.

O hərfi ilə işarə olunur.

Coğrafiya terminləri lüğəti