alm. riff, rippe – sualtı qaya, təpə
Dənizin dayaz sahələrində sualtı və ya üzə çıxmış təpələr.
R. dənizin dibində və ya sahillərində qayalıqların yuyulması, yaxud mərcan poliplərinin qalıqlarının toplanması nəticəsində yaranır. Gəmiçiliyə maneçilik törədir. Ən böyük mərcan R.-ləri Avstraliya materikinin şərq sahillərində yerləşən Böyük Sədd R.-ləridir.
Coğrafiya terminləri lüğəti