Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

orqanizm

lat. organismus < organizo – təşkil edirəm, qururam

1. Müstəqil surətdə mövcud olan, bütün orqanları əlaqəli fəaliyyət göstərən canlı varlıq.

O.-ləri cansız materiyadan fərqləndirən onların həyati xüsusiyyətlərinin (maddələr mübadiləsi, hərəkət, böyümə, inkişaf, çoxalma, dəyişkənlik, irsiyyət, həyat şəraitinə uyğunlaşma və s.) məcmusudur.

2. Geniş mənada: mürəkkəb tabeli və əlaqəli elementlərdən ibarət vahid sistem.

Canlı təbiət özü bütövlükdə mürəkkəb O.-dir. Bu sistemdə hər hansı əlamətin, o cümlədən coğrafi şəraitin dəyişməsi O.-in ümumi vəziyyətinə ciddi təsir göstərə bilər.

Coğrafiya terminləri lüğəti