Konventin əks-inqilabi siyasətinə qarşı parislilərin xalq üsyanı.
Bu üsyan respublikanın üçüncü ilində, jerminal ayının 12-də (1795, 1 aprel) baş verdiyi üçün belə adlanır. Üsyançılar yakobin konstitusiyasının (1793) tətbiqini, həbs edilmiş demokratların azad olunmasını, ərzaq möhtəkirliyinə son qoyulmasını tələb ediblər. J.Ü. bir gündən sonra yatırılıb.
Tarix terminləri lüğətiBöyük Fransa inqilabı dövründə mötədil respublikaçılardan ibarət siyasi qruplaşma.
J.-in əsasını ticarət-sənaye və kənd təsərrüfatı burjuaziyasının nümayəndələri təşkil edib, liderlərinin əksəriyyəti (J.Brisso, P.Vernyo, J.Kondorse və d.) Jironda departamentindən (mərkəzi – Bordo şəhəri) olduğu üçün sonralar tarixçilər onları belə adlandırıb. J. 1792-ci ilin avqustunda yakobinçilərlə birlikdə monarxiyanı devirərək hakimiyyətə gəliblər. Lakin az sonra onların arasında ciddi fikir ayrılıqları yaranıb və 1793-cü il 31 may – 2 iyun xalq üsyanı nəticəsində J. hakimiyyətdən getməli olublar. 1793-cü ilin yayında yakobin hökumətinə qarşı qiyam qaldırmaq cəhdləri iflasa uğradıqdan sonra J.-lərin bir hissəsi həbs olunaraq edam edilib. 1794-cü il Termidor çevrilişindən sonra bəraət alan J. ən qatı əks-inqilabi qüvvələrdən birinə çevriliblər.
Tarix terminləri lüğətiQədim Litva tayfası.
Sonralar Litva xalqının tərkibinə daxil olmuş J. özlərini “jemayçyay”, yaşadıqları ərazini isə “Jemaytiya” adlandırıblar, XIII–XIV əsrlərdə Tevton ordeninə qarşı mübarizə aparsalar da, son nəticədə məğlubiyyətə uğrayıblar. Tevton ordeni Qrünvald döyüşündə (1410) darmadağın edildikdən sonra J. birdəfəlik 1422-ci ildə Böyük Litva knyazlığının tərkibinə daxil olublar, lakin XX əsrin əvvəllərinədək öz adət-ənənələri ilə Litvanın qalan əhalisindən fərqləniblər.
Tarix terminləri lüğətiErkən orta əsrlərdə Qərbi Mancuriya, Monqolustan və Türküstan çöllərində məskunlaşmış köçəri tayfalar ittifaqı.
Tayfanın adı bir neçə variantda mövcuddur: juan-juanlar, joujanlar, jujular. J. etnonimi ilk dəfə III əsr Çin mənbələrində qeydə alınıb. Onların dövlətinin ən qüdrətli dövrü 402–411-ci illər hesab olunur. VI əsrin ortalarında J. türklərə məğlub olduqdan sonra bu dövlət Mərkəzi Asiyanın siyasi xəritəsindən silinib. J.-ın bir hissəsi türklər tərəfindən assimilyasiya olunub, digər hissəsi isə Qərbə doğru hərəkət edərək IX əsrədək Dunay çayının orta axarındakı ərazilərdə yaşayıb. Bu tayfaların etnik mənsubiyyət məsələsi mübahisəli olaraq qalır. Bəziləri J.-ı monqollar, digərləri isə hunlarla əlaqələndirir. Əksər tədqiqatçılar isə VI əsrin ortalarında Mərkəzi Asiyada yoxa çıxmış J.-la elə həmin dövrdə Avropada peyda olmuş avarları eyniləşdirirlər.
Tarix terminləri lüğətirum. junimiştii < junimea – gənclik
1871–1907-ci illərdə Rumıniyada mühafizəkar siyasi qruplaşma.
Termin 1863-cü ildən fəaliyyət göstərən “Junimea” ədəbi birliyinin adından yaranıb: J.-ın liderləri (T.Mayoresku, P.Karp və başqaları) həmin cəmiyyətin üzvü olublar. Qruplaşmanın əsasını iri feodal torpaq sahibləri təşkil etsələr də, Rumıniyanın kənd təsərrüfatının kapitalizm yolu ilə inkişafında onun müəyyən xidmətləri olub. 1907-ci ildə J. Rumıniya mühafizəkarlar partiyası ilə birləşiblər.
Tarix terminləri lüğətiqazax. jüz – ittifaq, çox vaxt omonimiyaya görə səhvən “yüz” kimi tərcümə olunur
Qazaxların tarixən formalaşmış tayfa birlikləri.
Şərq qaynaqlarında J. haqqında ilk məlumatlara XVII əsrin ortalarında rast gəlinir. Lakin J.-ların yaranma vaxtı və səbəbləri, eləcə də daxili strukturu barədə tədqiqatçılar bu günə kimi yekdil fikrə gələ bilməyiblər. Qazax tarixçisi Ç.Vəlixanovun fikrincə, Qızıl Ordanın süqutu dövründə qazaxlar geniş otlaq sahələrini əldə saxlamaq məqsədilə bü tip böyük tayfa ittifaqları yaradıblar. Rus şərqşünası V.Bartold J.-un yaranmasını coğrafi amillərlə əlaqələndirir. Qazax türkoloqu S.Amanjolov isə J.-ların hələ X–XII əsrlərdə meydana gəldiyini göstərir. Cəmi 3 J. – Böyük J., Orta J. və Kiçik J. mövcud olub.
Həmçinin bax:
Tarix terminləri lüğəti