Böyük Fransa inqilabı dövründə mötədil respublikaçılardan ibarət siyasi qruplaşma.
J.-in əsasını ticarət-sənaye və kənd təsərrüfatı burjuaziyasının nümayəndələri təşkil edib, liderlərinin əksəriyyəti (J.Brisso, P.Vernyo, J.Kondorse və d.) Jironda departamentindən (mərkəzi – Bordo şəhəri) olduğu üçün sonralar tarixçilər onları belə adlandırıb. J. 1792-ci ilin avqustunda yakobinçilərlə birlikdə monarxiyanı devirərək hakimiyyətə gəliblər. Lakin az sonra onların arasında ciddi fikir ayrılıqları yaranıb və 1793-cü il 31 may – 2 iyun xalq üsyanı nəticəsində J. hakimiyyətdən getməli olublar. 1793-cü ilin yayında yakobin hökumətinə qarşı qiyam qaldırmaq cəhdləri iflasa uğradıqdan sonra J.-lərin bir hissəsi həbs olunaraq edam edilib. 1794-cü il Termidor çevrilişindən sonra bəraət alan J. ən qatı əks-inqilabi qüvvələrdən birinə çevriliblər.
Tarix terminləri lüğəti