Reklam
Reklam

Tarix terminləri lüğəti

Konvent

lat. conventus – toplantı, yığıncaq

I Fransa respublikasında ali qanunverici və icraedici orqan.

Bu orqan 1792-ci il sentyabrın 21-dən 1795-ci il oktyabrın 26-na kimi fəaliyyət göstərib. K. monarxiyanı devirmiş 10 avqust üsyanından sonra seçilib və sentyabrın 21-də Fransanı respublika elan edib. K.-in deputatları üç qrupdan – inqilabın sonrakı inkişafının qarşısını almağa çalışan jirondistlərdən, inqilabi prosesləri dərinləşdirməyə can atan yakobinçilərdən və onların arasında tərəddüd edən “bataqlıq” nümayəndələrindən ibarət olub. Onun tarixi üç dövrə bölünür. İlk dövrdə rəhbərlik jirondistlərə məxsus olub. 1793-cü il xalq üsyanı (31 may – 2 iyun) nəticəsində rəhbərliyin yakobinçilərin əlinə keçməsi ilə ikinci dövr başlayıb. Nəhayət, Termidor çevrilişi (1794, 27 iyul) K.-in tarixində üçüncü – Termidor dövrünün əsasını qoyub. Son dövrdə K. yakobinçilərin əsas sosial və demokratik nailiyyətlərinin üstündən xətt çəkərək direktoriya rejiminə keçid üçün şərait yaradıb.

Tarix terminləri lüğəti