Reklam
Reklam

Tarix terminləri lüğəti

avarlar

lat. Avari

Mərkəzi Asiyada formalaşmış, hunlara qohum olan türk tayfaları ittifaqı.

V əsrdə Mərkəzi Asiyadan Xəzər dənizi ətrafındakı düzənliklərə, oradan isə Şərqi və Mərkəzi Avropaya doğru hərəkət edən A. 562–823-cü illərdə mövcud olmuş Avar xaqanlığının əsasını qoyublar. Müxtəlif vaxtlarda müasir Macarıstan, Avstriya, Slovakiya, Xorvatiya, Rumıniya, Serbiya, Polşa, Ukrayna, Litva, Latviya, Belarus və qismən İsveçrənin ərazilərini əhatə edən Avar xaqanlığı öz dövrünün ən qüdrətli dövlətlərindən biri olub. A.-ın Avropanın qərbinə doğru yürüşünü birinci frank sülaləsi olan Merovinqlər dayandırıb. VIII əsrin sonlarında Frank kralı Böyük Karl tərəfindən məğlub edildikdən sonra A.-ın tənəzzül dövrü başlayıb və IX əsrdə xaqanlıq birdəfəlik tarixin səhnəsindən çıxarılıb.

Tarix terminləri lüğəti