Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMAM ərəb.

amma sözündən olub, dilimizə tərcümədə rəhbər, başçılıq etmək, irəliyə durmaq mənasındadır. İmam Azərbaycan dilində öndə, qabaqda gedən, lider, dini işlərə baxan ruhani mənalarını da ifadə edir.Məzhəb və təriqət başçısı anlamı da vardır.

İmam eyni zamanda bəzi kiçik ərəb dövlətlərində dövlət başçısına da deyilir. Müsəlman aləmində imam camaat namazına başçılıq edən, eləcə də bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhanidir. Dini terminologiyada dini, mənəvi liderlər, imanda, elmdə olanlar nəzərdə tutulur. Adətən tədqiqatlarda imam sözünün dini titul olduğu və iki mənası göstərilir: 1) imam müsəlman icmasının ibadət zamanı öndə duran ruhani rəhbəri, başçısıdır; 2) bütün müsəlman icmasının nəzəri cəhətdən vahid icmasının başçısı da imam adlandırılır. Qeyd etmək lazımdır ki, erkən dövrlərdə imamlar müsəlman cəmiyyətinin daha nüfuzlu təbəqəsini təşkil edirdilər. Möminlər arasında da mühüm nüfuza malik olmuş imamlar müsəlman aləmində uzun müddət nüfuzlarını qoruyub saxlamağa müvəffəq olmuşlar. Məlum olduğu kimi, İslam dinində on iki imamın olduğu söylənilir. Möminlərin imam adlandırdığı digər şəxslər isə müxtəlif icma başçıları, İslam hərəkatlarının, ölkələrinin liderləridir. Doğrudur, İslamda onlar övliya kimi tanınmamışlar. Lakin mühüm və əhəmiyyətli hərəkətlərinə, eləcə də xidmətlərinə görə xalqın, camaatın hörmətini qazanmışlar. Xalq ehtiram əlaməti olaraq onları öz ruhani rəhbəri kimi qəbul edərək imam adlandırmışdır. İslam dinində Məhəmməd Peyğəmbərə və on iki imama aid edilən ali keyfiyyətlər müsəlman dünyasında “möcüzə”, digər müqəddəslərə, yəni seyidlərə gəldikdə isə “kəramət” adlanır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində titulbildlrən sözlərdən formalaşmış kifayət qədər antroponim mövcuddur. İmam da bu qəbildən olan kişi adları sırasındadır. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan İmam yalnız soyadlarda yaşayan kişi adlarındandır. Müasir Azərbaycan dilində imam sözünün işləndiyi kifayət qədər aforizm, atalar sözü, ifadələr və s. mövcuddur. İmam üçün ağlayan gözdan olar; Ela sakitdi, sanki imam övladıdı; Buralarda özünü imam kimi aparır; Buna kim imamlıq verib, bilmirik və s. Azərbaycan antroponimikaında İmam köhnəlmiş adlar sırasında olsa da, tərkibində İmam adının iştirak etdiyi kifayət qədər kişi adları mövcuddur. Adın daşıyıcılarından İmam Mustafayev (1910-1907) seleksiyaçı, genetik alim, həm də Azərbaycanda tanınmış ictimai-siyasi xadim olmuşdur. O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər yetişdirmişdir. İ.Mustafayev “Sevinc”, “Cəfəri”, “Zoğal-buğda”, “Arzu”, “Gürgənə-1”, “Tu- ranikum-186”, “Qızıl buğda”, “Turgidum-7” və s. sortlar yetişdirmişdir. Sovet dövründə (1954-1959-cu illərdə) Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmışdır. Bir çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMAMƏLİ ərəb.

mürəkkəb adların tərkibində işlənən İmam Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

İmaməli (bax: ad – İMAM; ƏLİ) kişi adı İmam Əli, hörmətli Əli anlamındadır. Adın təhrif olunmuş forması İmamalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMAMZADƏ ərəb.

İmam adı və fars. zada sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizdə İmamzadə sözü imamların, övliyaların və onların övladlarının basdırıldığı yer, ziyarətgah mənasındadır.

İmamzadə (bax: ad – İMAM; ZADƏ) kişi adı imamın oğlu, imam övladı, etiqaddan törəmiş anlamındadır. İmamzadə adı ilə əlaqədar “İmamzadə”, yaxud “Göy İmam türbəsi” adlanan (günbəzə mavi kaşıdan çəkildiyindən belə adlanır) müqəddəs ocaq Gəncə şəhərinin təqribən 7 kilometrliyində yerləşir. Qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi “İmamzadə” Azərbaycan ərazisindəki müqəddəs ziyarətgahlardan biridir. İnşa edildiyi dövrdən türbə həddən çox anılan müqəddəs yerlərdən biri olmuşdur. Xüsusən aşura mərasimləri zamanı bura on minlərlə müsəlmanın toplaşması barədə məlumatlar mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMANQULU ərəb.

İman Qulu adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

İmanqulu (bax: ad – İMAN; QULU) kişi adı bir qul olaraq əqidəsinə sadiq, öz əqidəsinin, inamının qulu, köləsi olan (adam) anlamlarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMANVERDİ ərəb.

İman və azərb. Verdi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Məlum olduğu kimi, Azərbaycan antroponimikasında dünyaya göz açan körpənin Allahın, Tanrının, müqəddəs hesab edilənlərin hədiyyəsi, bəxşişi, bəxş etməsi anlamında kifayət qədər kişi adları mövcuddur. Məsələn, Allahverdi (bax: ad – ALLAHVERDİ), Xudaverdi (bax: ad – XUDAVERDİ), Tan- rıverdi (bax: ad – TANRIVERDİ) və s. Bu qəbildən adlar sırasında olan İmanverdi (bax: ad – İMAN; VERDİ) kişi adı nəhayət məqsədinə, məramına çatmaq mənasındadır. Dünyaya göz açan oğul övlada İmanverdi adını qoyan valideynlər, əzizlər duaların, xahişlərin eşidildiyini, mərama yetdiklərini ifadə edirlər.

Azərbaycan şəxs adlarının izahlı lüğəti