Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DİNAR ərəb.

dinar sözündəndir. Dilimizdə alınma sözdən yaranmış antroponimlərdəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Dinar Yaxın Şərqin bəzi ölkələrində mövcud qızıl pul vahidinin adındandır. Dinar dilimizə ərəb dilindən keçmə sözlər sırasında olsa da, ərəb dünyasında Dinar şəxs adı kimi mövcud deyildir. Ərəb dilinin qanunlarına əsasən söz həmişə yalnız dinar formasında (yəni kişi cinsində) işlənir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti