Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMAM ərəb.

amma sözündən olub, dilimizə tərcümədə rəhbər, başçılıq etmək, irəliyə durmaq mənasındadır. İmam Azərbaycan dilində öndə, qabaqda gedən, lider, dini işlərə baxan ruhani mənalarını da ifadə edir.Məzhəb və təriqət başçısı anlamı da vardır.

İmam eyni zamanda bəzi kiçik ərəb dövlətlərində dövlət başçısına da deyilir. Müsəlman aləmində imam camaat namazına başçılıq edən, eləcə də bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhanidir. Dini terminologiyada dini, mənəvi liderlər, imanda, elmdə olanlar nəzərdə tutulur. Adətən tədqiqatlarda imam sözünün dini titul olduğu və iki mənası göstərilir: 1) imam müsəlman icmasının ibadət zamanı öndə duran ruhani rəhbəri, başçısıdır; 2) bütün müsəlman icmasının nəzəri cəhətdən vahid icmasının başçısı da imam adlandırılır. Qeyd etmək lazımdır ki, erkən dövrlərdə imamlar müsəlman cəmiyyətinin daha nüfuzlu təbəqəsini təşkil edirdilər. Möminlər arasında da mühüm nüfuza malik olmuş imamlar müsəlman aləmində uzun müddət nüfuzlarını qoruyub saxlamağa müvəffəq olmuşlar. Məlum olduğu kimi, İslam dinində on iki imamın olduğu söylənilir. Möminlərin imam adlandırdığı digər şəxslər isə müxtəlif icma başçıları, İslam hərəkatlarının, ölkələrinin liderləridir. Doğrudur, İslamda onlar övliya kimi tanınmamışlar. Lakin mühüm və əhəmiyyətli hərəkətlərinə, eləcə də xidmətlərinə görə xalqın, camaatın hörmətini qazanmışlar. Xalq ehtiram əlaməti olaraq onları öz ruhani rəhbəri kimi qəbul edərək imam adlandırmışdır. İslam dinində Məhəmməd Peyğəmbərə və on iki imama aid edilən ali keyfiyyətlər müsəlman dünyasında “möcüzə”, digər müqəddəslərə, yəni seyidlərə gəldikdə isə “kəramət” adlanır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində titulbildlrən sözlərdən formalaşmış kifayət qədər antroponim mövcuddur. İmam da bu qəbildən olan kişi adları sırasındadır. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan İmam yalnız soyadlarda yaşayan kişi adlarındandır. Müasir Azərbaycan dilində imam sözünün işləndiyi kifayət qədər aforizm, atalar sözü, ifadələr və s. mövcuddur. İmam üçün ağlayan gözdan olar; Ela sakitdi, sanki imam övladıdı; Buralarda özünü imam kimi aparır; Buna kim imamlıq verib, bilmirik və s. Azərbaycan antroponimikaında İmam köhnəlmiş adlar sırasında olsa da, tərkibində İmam adının iştirak etdiyi kifayət qədər kişi adları mövcuddur. Adın daşıyıcılarından İmam Mustafayev (1910-1907) seleksiyaçı, genetik alim, həm də Azərbaycanda tanınmış ictimai-siyasi xadim olmuşdur. O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər yetişdirmişdir. İ.Mustafayev “Sevinc”, “Cəfəri”, “Zoğal-buğda”, “Arzu”, “Gürgənə-1”, “Tu- ranikum-186”, “Qızıl buğda”, “Turgidum-7” və s. sortlar yetişdirmişdir. Sovet dövründə (1954-1959-cu illərdə) Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmışdır. Bir çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti