Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

YAR

fars. yar sözü dost, yoldaş, kömək anlamlarını ifadə edir. Klassik ədəbiyyatda sevgili, istəkli, məşuq, məşuqə mənalarında istifadə olunmuş yar sözünə məişətimizdə də, xalq ədəbiyyatı nümunələrində də çox rast gəlinir.

Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi mövcud olmasa da, kifayət qədər qadın və kişi adlarının tərkibində komponent olaraq işlənir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti