fars. zada əslində törəmiş, doğulmuş, övlad, oğul mənasındadır. Adətən isimlərə qoşularaq əsil, kök, nəsil bildirir (bəyzadə, əsilzadə və s.).
Azərbaycan antroponimikasında müstəqil şəxs adı olmasa da, -zada sonluğu ilə düzələn kifayət qədər kişi və qadın adı mövcuddur. Məsələn, Əlizadə, Həsənzadə, Vəlizadə və s. Bir sıra dünya dillərində soyaddan yaranma şəxs adları mövcuddur. Azərbaycan antroponimikasında mövcud -zada sonluğu ilə düzələn adların əksəriyyəti həm də soyad kimi işlənir. Məsələn, Əlizadə, Xanzadə və s.
Azərbaycan şəxs adlarının izahlı lüğəti