Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMAN ərəb.

iman (amn) sözü ərəbcədən tərcümədə inanma, dərin inam anlamındadır.

Müasir Azərbaycan dilində İman sözü ümumişlək sözlər sırasındadır. Dilimizdə iman sözü ilə əlaqədar aforizmlər, atalar sözləri, ifadələr də çox işlənir. İman ahli; İman sahibidir, zarar galmaz; İnam olmayan yerda iman olmaz; Elima galdim, imana galdim; dina, imana galmak; imansız; dinli-imanlı və s. İman kişi adı dinə (İslamiyyətdə), Allahın birliyinə, peyğəmbərlərə inanma, həmçinin İslamı qəbul etmə və bunu dillə iqrar etmə, həmçinin insaflı anlamlarını ifadə edir. İslam dini ilə əlaqədar məşhur bir hədisdə də bildirildiyi kimi, Cəbrayıl (ə.s.) Rəsulullahdan (s.ə.s.) imanın nə olduğunu soruşmuş, o da belə cavab vermişdir: “İman: Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, Qiyamət gününə, qədərin xeyrinə və şərrinə inanmaqdır”. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan İman bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti