Aşıq şeirinin janrlarından biri: dini mövzuda, qoşma şəklində yazılmış şeir.
C.-nin əsas mövzusunu Allahın birliyi, peyğəmbərlərin və imamların təbliği, dini qayda-qanunların, habelə bəzi dini qadağaların şərhi təşkil edir. Həcmi müxtəlif olur. Məsələn, Aşıq Qurbaninin “Bəyan eylədi” C.-si 10 bənddən ibarət qoşma olub tövhid, ədl, məad, imamət, namaz, oruc, həcc, xüms, zəkat, cihad və s. haqqındadır:
Şükür dərgahına qadir Allahım,
Məhəmməd dinini bəyan eylədi.
Sidqnən çağırsan sadiqi-kövsər,
Hamı dərdlilərə dərman eylədi.
Bəzi dastanların sonunda C. verilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDövlət adamlarına həsr edilən əsərlər müqabilində verilən mükafat.
Orta əsrlərdə geniş yayılmışdı. Bura hədiyyələr, bəxşiş olunan mülklər daxil idi. Dövlət adamları sənət adamlarının maddi təminatı üçün belə bir adət yaratmışdılar. C.-nin ənənə halı alması mədhiyyə janrının inkişafına səbəb olub. Ədəbiyyatımızda bir çox şairlərin hökmdarlardan C. aldığı məlumdur. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasına görə Qızıl Arslan dahi şairə Həmdünyan kəndini bağışlamışdı. M.Füzuli Sultan Süleyman Qanuninin 9 axça baratını ala bilməmiş, bunu “Şikayətnamə” əsərində əks etdirmişdir. XIX əsrdə şairlərə C. verilməsi aradan qaldırılıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik poeziyada: insanın həyatını, varlığını təmin edən gözəgörünməz güc.
C. ifadəsi ədəbiyyatda “ruh” kəlməsi ilə eyni mənada işlənir. Bu ifadəyə daha çox divan ədəbiyyatında rast gəlirik. Poetik təfəkkürdə C. canan üçün fəda ediləcək ən qiymətli varlıqdır. M.Füzulinin məşhur misrası buna misal ola bilər:
Canını canana verməkdir kamali-aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCıdır tamaşalarında həm iştirakçıların, həm də tamaşaçıların oxuduğu nəğmələr.
Daha çox qəhrəmanlıq mövzularında olsa da, sevgi-məhəbbət motivlərinə də rast gəlinir. C.N. çox vaxt qısa misralardan ibarət olub. C.N.-də alliterasiya və assonans kimi poetik fiqurlardan geniş istifadə edilib:
Çapar atım,
Çap, çap!
Cıdır atım;
Çap! Çap!
Ötən gəlib
Yetişdi!
Tap, tap!..
Çapar atım,
Çap, çap!
Çap! Çap!
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsasən, təcnis və müxəmməs tərkibində istifadə olunan, qafiyə və heca sisteminə görə fərqlənən şeir parçası, bənd.
Təcnis və müxəmməsin ana bəndləri ilə müqayisədə C.-nın ritmi daha oynaq olur. C. bəndlər çox zaman bayatı şəklində verilir; məsələn:
Ay Mikayıl, açılıbdı lala, bax,
Bad əsəndə nə çalxanır, lala bax.
Mən aşiqəm, lala bax,
Dili dönməz, – lala bax,
Bir əlində qızılgül,
Bir əlində lala, bax!
Məni görcək necə döndü lala, bax,
Dönüb bəy ilqarım tərsinə gedər. (M.Azaflı)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCığa bənddən istifadə olunmuş gəraylı.
C.G.-nın hər bəndinin üçüncü misrasından sonra üçmisralı cığa bəndi işlədilir. Cığa bəndin qafiyəsi, adətən, a.b.a şəklində olur. Əsas bəndlərin qafiyəsi isə gəraylıda olduğu kimidir. Aşıq ədəbiyyatında ilk dəfə Aşıq Hüseyn Cavan işlədib:
Ovçu itirsə maralı,
Kəsilər səbri, qərarı.
Dağdan-daşdan xəbər alı,
Ürək yanar,
Yarın anar,
Dərdli qanar,
Çəmən sızlar, çöl vay eylər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir çox türk xalqlarında şeirlərin, manilərin, dastanların, lətifələrin, duaların və s.-nin yer aldığı məcmuə.
C.-lər, adətən, aşağıdan yuxarıya qatlana bilən vərəqlər formasında yığılırdı. C.-dəki əsərlərin toplanmasında həmin C.-ü tərtib edən şəxsin təcrübəsi, yaşadığı dövr, ərazi mühüm rol oynayıb. Bir çox əsərlərin əsas, yeganə mətnini, yaxud variantını qoruyub bizə çatdıran C.-lər mətnşünaslıq, həmçinin ədəbiyyat tarixinin yazılması baxımından qiymətli mənbələrdir. C.-lərin daxili quruluşu sabit deyildi. C. sahibinin zövqündən asılı olaraq mətnlər janrlara və ya onların xoşladığı şeirlər, xatirələr və əhvalatlara görə qruplaşdırılırdı. Dini mahiyyət daşıyan, içərisində dualar və xütbələr yer alan C.-lər də var. M.Füzuli adına Әlyazmalar İnstitutunda Azərbaycan, fars və ərəb dillərində yazılmış 250-yə qədər C. saxlanılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiGürcü şairi Çaxruxadze tərəfindən XII əsrdə yaradılan şeir şəkli.
Çaxruxadze özünün “Tamariani” əsərində N.Gəncəvinin “Leyli və Məcnun” poemasının qəhrəmanları olan Leyli ilə Məcnunun adını çəkir. Bu şairin “Tamariani” adlı şeir məcmuəsi hər misrası iyirmi hecadan ibarət olaraq yazılıb. Misralarda daxili qafiyələr də olub. Sonralar həmin şeir şəkli gürcü ədəbiyyatında Ç. adlandı. Bu formadan Çaxruxadzenin zamanında yaşamış şair Şavteli də istifadə edib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti