Kiçikhəcmli türk xalq şeiri və nəğmə janrı.
Hər misrası 7-8 hecalı olan 4 misradan ibarətdir. İstər məzmun, istərsə də forma baxımından bayatıya oxşayır. Qafiyə sistemi a.a.b.a şəklindədir. M. janrı Türkiyə ədəbi-musiqi həyatında geniş yayılıb.
Sarı sünbül, mor sünbül,
Baxma mənə xor, sünbül!
Mən yarımı itirdim,
Uçan quşdan sor, sünbül!
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti