Şərq poeziyasının mühüm bir qolu: saray ədəbiyyatına aid olan lirik poeziya nümunələri.
Divan ədəbiyyatı tarixən klassik ədəbiyyat, saray ədəbiyyatı, islam ədəbiyyatı, məhəbbət ədəbiyyatı da adlandırılıb. Bu ədəbiyyatın nümunələri, əsasən, fars dilində yazılıb. Divan ədəbiyyatı ilk dəfə XI əsrdə meydana gəlib. İlk divan müəllifi İran şairi Məhəmməd Övfi hesab olunur. Divan ədəbiyyatının həm dünyəvi, həm də dini qolları vardır. Dini qola aid divanların ideya-mövzu qaynaqlarını Quran ayələri, hədislər, dini elmlər, təfsirlər, kəlamlar, fiqh, islam tarixi, təsəvvüf, Şərq mifologiyası, peyğəmbər və övliyalar haqqında hekayələr təşkil edir. Dünyəvi qola aid divanların ideya-mövzu qaynaqları məhəbbət, fəlsəfə, tibb, musiqi, nücum və s. ilə bağlı olur. Azərbaycan ədəbiyyatında divan ədəbiyyatının əsas nümayəndələri Qətran Təbrizi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və b. olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti