ər. – üzünü köçürmək, ləğv etmək, şəklini dəyişmək
Kufi xətti əsasında yaranmış kalliqrafik yazı növü.
XII əsrdə ibn Muğlə Şirazi ixtira edib. Nəsx adı bu xəttə özündən əvvəlki xətti, yəni kufi xəttini sıradan çıxardığı üçün verilib. Digər xətlərlə müqayisədə nəsx xətti özünün sadəliyi, rahat oxunuşu və asan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan N.X. meydana gəldiyi ilk gündən bədii və elmi əsərlərin yazılışında, üzünün köçürülməsində və dəftərxana işlərində geniş istifadə olunmağa başlanıb. Naxçıvan ərazisindəki daş kitabələrdə və əlyazmalarda bu xəttə daha çox rast gəlmək olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik ədəbiyyatda qəsidənin giriş hissəsi.
Bu hissədə şair məqsədə keçmək üçün gediş edir (ayaq verir). N. şeirin məzmunundan asılı olaraq müxtəlif mövzularda ola bilər: gözəlin tərənnümü, zəmanədən şikayət, fəraq iztirabı, əxlaqi düşüncələr, ilin fəsillər boyu dəyişməsi və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXIV əsrin sonunda ərəb əlifbasının nəsx və təliq xətlərinin sintezi nəticəsində yaranmış bədii xətt növlərindən biri.
Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılan N.X. XV–XVI əsrlərdə Yaxın Şərqdə, xüsusilə İran və Azərbaycanda geniş yayılıb. Əsasən, kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunub. Sonralar daha geniş yayılan N.X.-i gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların, bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti