Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təhzil

Məşhur bir şeirə, ciddi bir əsərə eyni ölçüdə, janrda və qafiyədə yazılmış yumoristik və ya satirik nəzirə.

Bəzən nəzireyi-təməsxüranə də deyilir. Sabirin bir sıra satiraları T. şəklində yazılıb. Məsələn, onun Namiq Kamalın “Amalımız, əfkarımız iqbali-vətəndir” şeirinə yazdığı T.-də pafoslu vətənpərvərlik ruhu kinayə və sarkazmla əvəz olunub.

Namiq Kamal:

Amalımız, əfkarımız iqbali-vətəndir,

Sərhədimizə qala bizim haqqi-bədəndir.

Osmanlılarız, zinətimiz qanlı kəfəndir,

Qavqada şəhadətlə bütün kam alırıq biz,

Osmanlılarız, can verir, nam alırıq biz.

M.Ə.Sabir:

Amalımız, əfkarımız ifnayi-vətəndir,

Kinü-qərəzü-hirs bizə rahi-bədəndir,

Əfal yox, ancaq işimiz lafi-dəhəndir,

Dünyadə əsarətlə bütün kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti