Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əlyazma

1) Qədim və orta əsrlərdə müəllifin özü və ya xəttat, yaxud miniatürçülər tərəfindən hazırlanan kitab nüsxəsi.

Çap üsulu kəşf olunana qədər kitablar əlyazma şəklində çoxaldılırdı. Bunun üçün bir çox kitabxanaların, iri tədris müəssisələrinin nəzdində kitab emalatxanaları fəa­liyyət göstərirdi. O dövrdən bu günə gəlib çatmış bir çox əlyazma kitabları hazırda muzey və arxivlərdə qorunub saxlanılır. Bu nüsxələr mətnşünaslar və ədəbiyyat tarixi üçün olduqca önəmli mənbələrdir.

2) Mətnin (əsərin) əl ilə yazılmış, makinada və ya printerdə çap olunmuş orijinal nüsxəsi.

Əsər mətbəə üsulu ilə çoxaldılaraq kitab halına düşənə qədər, adətən, aşağıdakı mərhələlərdən keçir: müəllif əlyazması – redaktə və korrektura nüsxələri – kitabın maketi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti